“Qəbələdə hava ağırdır, əlbəttə, burada oynamaq həmişə çətin olur.
Lakin qələbəmizə bunun mane olduğunu deyə bilmərəm.
Hər iki komanda üçün şərait eynidir. Yəqin, qismət belə imiş”.
Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Toral Bayramov deyib.
25 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının XXXI turunda səfərdə “Qəbələ” ilə 1:1 hesablı heç-heçə etdikləri oyunu belə şərh edib:
“Bizim üçün ağır səfər oldu. Oyuna yaxşı hazırlaşmışdıq, nə etməli olduğumuzu da bilirdik.
Təəssüf ki, qələbə qazana bilmədik. Önümüzə baxacağıq, qarşıdakı oyuna hazırlaşacağıq”.

