Avropanın prestijli klubu Elvin Cəfərquliyevə müştəri çıxdı - SON DƏQİQƏ

20:00 Qarabağ 417
Avropanın prestijli klubu Elvin Cəfərquliyevə müştəri çıxdı - SON DƏQİQƏ

«Qarabağ»ın əsas heyətindən uzaqlaşdırılan Elvin Cəfərquliyevin elçilərinin sayı durmadan artmaqdadır.

Bu gün həmin siyahıya bir yeni ad əlavə olunub.

Serbiyanın ən tanınmış klublarından «Partizan» müdafiəçinin potensial müştəriləri arasına daxil olub.

Bu barədə Ağdam təmsilçisindən saytımıza məlumat verilib.

Bildirilib ki, «Partizan»ın seleksiya şöbəsinin əməkdaşları Cəfərquliyevin məsələsiylə yaxından maraqlanır. Onlar bu məqsədlə Bakıya telefon açıb, təzminat şərtlərini dəqiqləşdirməyə çalışıb.

Elvin iki həftə öncə «köhlən atlar»ın əsas komandasından kənarlaşdırılıb. Buna səbəb onun Abbas Hüseynovla birlikdə intizamsızlığa yol verməsidir.

Belə ki, cütlük «Şamaxı» ilə 0:0 bitən səfər matçından sonra əyləncə gecəsi keçirib.

Restoranda başlayan «mərəkə» daha sonra oteldə davam edib. Qurban Qurbanov hadisədən xəbər tutunca, cəza tədbiri görüb.

Hüseynovun müqaviləsi 1 ay sonra başa çatacaqsa, Cəfərquliyev 2027-ci ilin yayınadək «Qarabağ»a məxsusdur.

Son ölkə çempionu Abbasla kontraktın müddətini uzatmayacaqsa, Elvinin taleyi gələcək dəvətlərdən asılıdır.

Mövsüm hələ davam etdiyindən, «Qarabağ» onu rəsmən transferə çıxarmayıb. Ancaq eyni zamanda, rəsmilər menecerlərin diqqətinə çatdırıb ki, təklif olarsa, nəzərdən keçirməyə hazırdırlar.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti