"Olum-qalım müharibəsi” aparan klub baş məşqçisinin gələcəyini müəyyənləşdirdi

14:00 Qəbələ 163
"Olum-qalım müharibəsi” aparan klub baş məşqçisinin gələcəyini müəyyənləşdirdi

«Qəbələ» qarşıdakı mövsümə Kaxaber Sxadadze ilə başlamayacaq.

Klub rəhbərliyinin onunla bağlı yekun qərarı bundan ibarətdir.

«Qırmızı-qaralar»ın üzümüzə gələn «futbol ili»nə Premyer Liqada, yaxud I Liqada start verib-verməməsindən asılı olmayaraq, gürcüstanlı sükan arxasında əyləşməyəcək.

Premyer Liqanın son aylarındakı uğursuz çıxış «Qəbələ» rəhbərliyini belə qərar vermək məcburiyyətində buraxıb.

Fariz Nəcəfov klubdaxili toplantı keçirib. Prezident bu tədbirdə Kaxaber Sxadadzenin başçılıq etdiyi məşqçilər korpusundan və bəzi futbolçulardan narazılığını açıq formada dilə gətirib.

O, gürcüstanlı çalışdırıcının ümidərini doğrultmadığını söyləyib, misal kimi ötən müddətdə komanda daxilində yaşanan bəzi qalmaqalları misal çəkib.

Bildirib ki, qonşu ölkədən olan mütəxəssis ona yaradılan imkandan pis yararlanıb, oyunçularla düzgün münasibət qurmayıb, bu səbəbdən, bütün planlar pozulub.

Uzun illərdir ölkə futboluna xidmət göstərən və klubun inkişafı üçün əlindən gələni əsirgəməyən F.Nəcəfov xatırladıb ki, onlarda olan imkan «Şamaxı», «Karvan», «İmişli» və «Kəpəz»də yoxdur, amma «Qəbələ» turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Premyer Liqada qalmaq üçün I Liqanın ikincisi ilə pley-off matçı keçirməyi dözülməz hal sayan başqan qeyd edib ki, iyunda düşərgədə ciddi islahatlar aparacaq.

Sxadadzenin müqaviləsi 3 illikdir. 2024-cü ilin martından bəri burada çalışan gürcüyə kontraktı qarşılıqlı razılıq əsasında pozmaq təklif olunacaq.

Veriləcək təzminata razılaşmasa, anlaşması birtərəfli qaydada ləğv ediləcək. Artıq heç bir halda Qəbələdə işləmək və yaşamaq şansı yoxdur ta!

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti