Fransalı keçmiş futbolçu Emmanuel Peti “Real”ın problemləri haqda danışıb.
Sportinfo.az “BOYLE Sports”-a istinadən xəbər verir ki, sabiq futbolçu, “Real”da əsas problem kimi oyunçuların davranışlarını görür ki, bu da məşqçilər heyətinə mənfi təsir göstərir:
“Oyunçuların eqosu klubun ən böyük probleminə çevrilib. Onlar idarəolunmaz hala gəlib.
Son iki baş məşqçi (Xabi Alonso və Alvaro Arbeloa) futbolçuların eqolarını idarə etməkdə çətinlik çəkib. Çünki ulduz futbolçular özlərini baş məşqçidən daha vacib sayır və onlar toqquşur”.
Son zamanlarda İspaniya mətbuatı “kral klubu”nun baş məşqçisi Alvaro Arbeloa ilə bəzi oyunçular arasında münaqişələr barədə tez-tez məlumat verir.

