“Qarabağ”ı bu yay "Midlsbro", "Hall Siti”, yoxsa “Elçe”yı dəyişəcək?

13:40 Qarabağ 243
“Qarabağ”ı bu yay "Midlsbro", "Hall Siti”, yoxsa “Elçe”yı dəyişəcək?

"Qarabağ"ın vingeri Emmanuel Addai İngiltərəyə yollana bilər.

Sportinfo.az xəbər verir ki, "The72" portalının iddiasına görə, qanalı Çempionşipdə pley-off mərhələsinə vəsiqə qazanaraq, Premyer Liqaya yüksəlmək uğrunda mübarizə aparacaq "Midlsbro" və "Hall Siti” tərəfindən yaxından izlənilir.

İngilis jurnalistlərinin məlumatına görə, Addai özü də İngiltərəyə köçməkdə maraqlıdır. 24 yaşlı oyunçunun karyerasını İspaniyada - "Elçe"də davam etdirmək alternativi də var.

Addainin “Qarabağ”la müqavilə müddəti bu mövsümün sonunda başa çatacaq.

24 yaşlı qanalı Ağdam klubuna gələnə qədər “Bamako”(Mali), “Bobigni”(Fransa), “Alkorkon”(İspaniya) komandalarında oynamışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti