“Everton” sabiq müdafiəçisi Con Stounzu yenidən komandaya qaytarmağa çalışır.
Hazırda “Mançester Siti”nin forması geyinən 31 yaşlı futbolçu mövsümün sonunda klubdan ayrılacaq.
Sportinfo.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Bildirilir ki, “Everton” rəhbərliyi artıq ingiltərəli müdafiəçi ilə ilkin danışıqlar aparıb. Liverpul təmsilçisi onun transferini yay bazarının ən səs-küylü keçidlərindən birinə çevirmək niyyətindədir.
Stounz 2013–2016-cı illərdə “Everton”un şərəfini qoruyub. Daha sonra “Mançester Siti” onu 55 milyon avrodan artıq məbləğ qarşılığında transfer etmişdi.
O, cari mövsümdə bütün turnirlər daxil olmaqla 16 oyunda iştirak edib.

