Paytaxtın iki böyük klubunun matçında kütləvi iğtişaş düşdü, final fiti səslənmədi - VİDEO

12:00 Hadisə 131
Paytaxtın iki böyük klubunun matçında kütləvi iğtişaş düşdü, final fiti səslənmədi - VİDEO

Çexiya çempionatının çempionluq mərhələsində paytaxt Praqanın iki nəhəng klubu “Slaviya” və “Sparta” qarşıdurması kütləvi iğtişaşla nəticələnib.

Sportinfo.az xəbər verir ki, “Slaviya Praqa” əzəli rəqibi üzərində 3:2 hesablı qələbəni rəsmiləşdirməyə çox yaxın olduğu bir vaxtda, qarşılaşmanın 90+7-ci dəqiqəsində meydan sahiblərinin azarkeşləri yaşıl meydana axışıblar.

Belə ki, coşmuş kütlə əllərindəki yanan məşəlləri rəqib komandanın tərəfdarlarının yerləşdiyi tribunaya fırladıblar.

Yaranan gərginlik və təhlükəsizlik problemləri səbəbindən hakim oyunu dayandırıb.

Qarşılaşma yarımçıq qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti