“Qarabağ” FİFA-ya sorğu göndərdi - Niyə bizə transfer qadağası tətbiq etmisiz?

20:20 Qarabağ 178
“Qarabağ” FİFA-ya sorğu göndərdi - Niyə bizə transfer qadağası tətbiq etmisiz?

FIFA “Qarabağ”a transfer qadağası tətbiq edib.

Qərara əsasən, klub növbəti üç transfer pəncərəsi ərzində yeni oyunçu qeydiyyata ala bilməyəcək: 2026-cı ilin yay, 2027-ci ilin qış və yay transfer pəncərələri.

Transfer ödənişi geçikəndə FIFA-nın müvafiq portalı avtomatik olaraq klubu qırmızı siyahıya salır və transfer qadağası gəlir.

“Qarabağ”dan aldığımız məlumata görə, FİFA-dan klubla heç bir rəsmi məktub daxil olmayıb.

Amma Ağdam təmsilçisi bununla bağlı artıq dünya futbol qurumuna rəsmi sorğu göndərib. Burada qərarın səbəbinin dəqiqləşdirilərək onlara məlumat verilməsi istənilib.

Yeri gəlmişkən, FİFA ”Neftçi”yə tətbiq etdiyi transfer qadağasını dünən götürüb. Dünya futbol qurumu bununla bağlı “ağ-qaralar“a bildiriş göndərib.

Klubdan verilən rəsmi məlumata görə, problem transfer ödənişinin texniki səbəbdən gecikdirilməsindən qaynaqlanıb.

Bu, dünya praktikasında tez-tez rast gəlinən məsələdir. Əsas öhdəliklər bağlanandan sonra qadağa avtomatik olaraq aradan qalxır.

Bakılılar həmin öhdəliyi yerinə yetirdiyindən, məsələ çox da böyüməyib, elə ilk mərhələdəcə həllini tapıb.

“Neftçi”nin cəzalanmasının səbəbkarı Alessio Kurçidir. Ötən ilin yayında Belçikanın ikinci liqa klubu “Frank Borains”dən alınan lüksemburqlu hücumçu üçün tələb olunan vəsait vaxtında ödənilməyib.

Bu isə sözügedən klubun şikayət etməsinə və bakılıların cəzalanmasına səbəb olub.

Ölkəsinin əsas millisinin də üzvü olan forvard “Neftçi” ilə 3 illik müqavilə imzalayıb. Onun transfer haqqı təxminən 200 min avro olub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti