“Qalatasaray”ın Bakıdakı səfər xərclərini BU ŞİRKƏT qarşılayıb

28 Mart 2023 22:20 Qarabağ 1 647
“Qalatasaray”ın Bakıdakı səfər xərclərini BU ŞİRKƏT qarşılayıb

“Qarabağ”la “Qalatasaray” arasında həftələrdir gözlənilən qardaşlıq oyunu nəhayət ki, baş tutdu.

Oyundan əvvəl, hətta matçdan sonra ortaya çıxan suallardan biri də bahalı kollektivin ölkəmizə səfər xərclərinin kim tərəfdən qarşılanması idi.

Qarşılaşma xeyriyyə xarakteri daşıyırdısa və niyyət Türkiyədə zəlzələdən əziyyət çəkənlərə yardım etmək idisə, məntiqlə, hər klub öz xərcini çəkməliydi.

Lakin dolaşan xəbərdə “Cim-Bom”un Bakıya gəlişinə görə “Qarabağ”ın xərcə düşdüyü deyilirdi.

Məsələnin izinə düşüb öyrənəndə məlum oldu ki, “Qalatasaray” İstanbuldan Bakıya gəliş-dönüş üçün təyyarə xərcini öz vəsaiti hesabına həll edib. Daha doğrusu, bunun üçün klubun şəxsi təyyarəsindən istifadə olunub.

Türkiyə nəhənginin paytaxtımızda məskunlaşma, qidalanma və nəqliyyat xərclərini isə “Qarabağ” yox, “Azersun Holdinq” qarşılayıb. Yəni “Qalatasaray” üçün xərclənən pul klubun illik büdcəsindən çıxılmayıb.

Martın 26-da Bakı Olimpiya Stadionunda “Qarabağ”la “Qalatasaray” arasında baş tutan qardaşlıq görüşündə rəqib 2:1 hesabı ilə qalib gəlib.

“Cim-Bom” 4-cü dəqiqədə Bafetimbi Qomislə hesabı açsa da, Redon Cica 19-cu dəqiqədə status-kvonu bərpa edib.

87-ci dəqiqədə meydana sonradan daxil olan Mauro İkardi cərimə meydançasında özünə qarşı kobudluğa görə təyin olunmuş penaltini dəqiq yerinə yetirib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı