“Qalatasaray” qonaqdır deyə, hörmət edib 1 qolu hdiyyə etdilər” - İSTİ REAKSİYALAR

28 Mart 2023 17:40 Qarabağ 870
“Qalatasaray” qonaqdır deyə, hörmət edib 1 qolu hdiyyə etdilər” - İSTİ REAKSİYALAR

“Qarabağ”la “Qalatasaray” arasındakı yoldaşlıq görüşü Türkiyə nəhənginin 2:1 hesablı qələbəsi ilə yekunlaşdı.

“Cim-Bom” Bakıda olduğu dönəmdə haqq etdiyi sevgini görüncə, “Qarabağ” həmin sevginin kölgəsində dincəlməyə məcbur qaldı.

Stadiona toplaşan və mavi ekran qarşısında yerini bərkidən futbolsevərlərin məlum qarşılaşma ilə bağlı fikirləri müxtəlif idi.

Kimisi “Qalatasaray”ın “Qarabağ”dan daha çox sevilməsini qəbul etmirdisə, bir başqası komandamızın fitə basılması ilə razılaşmırdı.

Müəyyən qisim isə baş hakim Əliyar Ağayevin son dəqiqələrdə təyin etdiyi penaltinin haqsız olduğunu qəbul etmirdi.

Elə isə, “Qarabağ”ın sosial şəbəkə hesablarında matçla bağlı yazılan şərhlərə diqqət yetirək:

“Qarabağ”ı fitə basanlar, ermənisiz siz? Bir az ləyaqətiniz, mənliyiniz olsun. Ona görə ölkə bu gündədir də. Biz özümüzə yox, kənardakılara qiymət veririk. “Qarabağ” istəsəydi 3-nü vurardı. “Qalatasaray” Əliyarın hesabına qələbə qazandı. Orda penal deyilən bir şey yox idi”.

“Əliyar Ağayev mübahisəli epizodda penalti təyin etdi. O toxunuşu istənilən ingilis hakimə göstər, penalti qərarına götü ilə gülər. Üstəlik, “Qarabağ” hücuma çıxanda komandanı fitə basanların azərbaycanlı olduğuna şübhə edirəm”.

“Oyun bərabərsəviyyəli idi. “Qalatasaray” qonaqdır deyə, hörmət edib 1 qolu hədiyyə etdilər”.

“Bəzi azarkeşlərə səslənirəm, sizə görə Azərbaycanda gülməli hadisələr olur”.

“Qarabağ” möhtəşəm oyun sərgilədi. “Qalatasaray” kimi dünya səviyyəli komanda ilə belə oyun göstərmək superdir”

“Qalatasaray”ı dəstəkləyən xalqımın yerinə çox utandım. Ən azıdan hər iki komandanı dəstəkləyin, heç olmasa dostluq matçı olduğuna inanaq. Demək, onlar üçün azarkeşlik milli qürurdan üstündür”.

“İkardi kimilər qardaşlıq, dostluq bilməz. Sadəcə, öz meydanımızda “Qarabağ”ı fitə basanların yerinə utandım”.

“Uşaqlıqdan “Qalatasaray”ı sevirəm, amma “Qarabağ”ın adı gələndə hər şey bir kənarda dayanır mənim üçün. Ona görə də yaşasın gözəl “Qarabağ”ım”.

“İkardinin adnı qışqıranlar bir az da “Zubir” qışqırsaydılar, əla olardı”.

Martın 26-da Bakı Olimpiya Stadionunda “Qarabağ”la “Qalatasaray” arasında baş tutan qardaşlıq görüşündə rəqib 2:1 hesabı ilə qalib gəlib.

“Cim-Bom” 4-cü dəqiqədə Bafetimbi Qomislə hesabı açsa da, Redon Cica 19-cu dəqiqədə status-kvonu bərpa edib.

87-ci dəqiqədə meydana sonradan daxil olan Mauro İkardi cərimə meydançasında özünə qarşı kobudluğa görə təyin olunmuş penaltini dəqiq yerinə yetirib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti