
Azərbaycan və Türkiyənin dost, qardaş olduqları çətin günlərdə növbəti dəfə öz təsdiqini tapdı.
İki ay öncə baş verən zəlzələ faciəsi növbəti dəfə Azərbaycan-Türkiyə qardaşlığının və dostluğunun sarsılmaz olduğunu sübut etdi.
Xalqımız türkiyəli qardaşlarımızın acısını bölüşür, dərdinə şərik olur, onlara hər cür arxa-dayaq olmağa çalışır.
Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ”-“Qalatasaray” matçında bilet satışından əldə edilən gəlir zəlzələdən əziyyət çəkənlər üçün göndəriləcək.
Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov qarşılaşma öncəsi fikirlərini bölüşüb. Deyib ki, bu matç taktikanın deyil, duyğuların ön planda olduğu qarşılaşmadır.
Etopazın sponsorluğu ilə yayımlanan videonu aşağıdakı linkə daxil olaraq izləyə bilərsiz:
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: