“Qarabağ” “Qalatasaray”ın qarşısına hansı futbolçularla çıxacaq? - ADLAR

17 Mart 2023 11:40 Qarabağ 5 131
“Qarabağ” “Qalatasaray”ın qarşısına hansı futbolçularla çıxacaq? - ADLAR

Hər kəs səbrsizliklə martın 26-sını gözləyir.

Bazar günü Azərbaycan və Türkiyənin iki sevimli komandası – “Qarabağ”la “Qalatasaray” Bakı Olimpiya Stadionunda üz-üzə gələcək.

Millilərin oyunları ilə bağlı yaranmış fasilədən yararlanan komandaların xeyriyə matçında aparıcı futbolçuların xidmətindən istifadə edə bilməyəcəyi məlumdur. Yığma üzvləri klubların düşərgəsini tərk edəcək.

Hazırkı məqamda sual doğuran məqam “Qarabağ”ın hansı futbolçuların xidmətindən yararlanacağıdır.

Canni de Byazi millinin heyətini açıqlamasa da, ehtimal nəzəriyyəsinə söykənib təxmini komandanı qurmaq çətin deyil.

Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Maksim Medvedev, Elvin Cəfərquliyev, Riçard Almeyda, Ramil Şeydayev və Musa Qurbanlının yığmanın sıralarında olacağı şübhə doğurmur.

Marko Veşoviç isə Monteneqro seçməsinə kömək etmək üçün Azərbaycanı tərk edəcək.

Şahruddin Məhəmmədəliyev, Abbas Hüseynov, Marko Yankoviç və Yassin Benzia da zədəsinin müalicəsi ilə məşğuldur. Adama Diakabi də xeyli vaxtdır zədədən əziyyət çəkir. Fransız vingerin meydana çıxmaq ehtimalı var.

Bəs, belə vəziyyətdə Qurban Qurbanov hansı futbolçuların xidmətindən yararlana biləcək?

“Çərçivə”də Luka Quqeşaşvili ilə Amin Ramazanov var. Təbii ki, ikinci U-21-in sıralarına qoşulmasa.

Mərkəz müdafiəçisi qismində Rahil Məmmədovla Kevin Medina düşərgədə qalacaq. Müdafiənin “sol”u Toral Bayramova həvalə oluna bilər. “Sağ”da heç kim qalmayıb.

Yarımmüdafiənin mərkəzi üçün Qara Qarayev, Julio Romao, İsmayıl İbrahimli və Filip Ozobiç variantları mövcuddur. Leandro Andrade yarımmüdafiənin sağında, Abdullah Zubir əks cinahda yer ala bilər.

Hücumçu qismində Redon Cicanın şans qazanacağı kifayət qədər real görünür.

Bugünkü təxminlərə görə “Qarabağ”ın “Qalatasaray” qarşısına çıxara biləcəyi futbolçular bunlardır.

Təbii ki, Qurbanovun gənclərdən bəzilərinə və zədəsini qismən sağaldanlara da şans verilməsi mümkündür. Üstəlik, baş məşqçinin dediyi kimi, digər klublardan bir neçə futbolçunun komandaya cəlb edilmək ehtimalı da yox deyil.

Qeyd edək ki, yoldaşlıq-qardaşlıq oyunu martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.

Görüşdən əldə olunacaq bütün gəlirlər qardaş Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"