"Qarabağ" razılığını verdi, ayrılmasına sayılı günlər qaldı…

28 Yanvar 2023 11:40 Qarabağ 4 156
"Qarabağ" razılığını verdi, ayrılmasına sayılı günlər qaldı…

"Qarabağ" və "Ferentsvaroş"la arasında 1 aydan çoxdur davam edən danışıqlar başa çatıb.

Tərəflər Kvabena Ovusunun transferi ilə bağlı razılığa gəliblər.

Qanalı hücumçu fevralın ilk günlərində Macarıstana yollanacaq və yeni klubu ilə 2,5 illik müqavilə imzalayacaq. 25 yaşlı forvardın seçimi Azərbaycan çempionuna təzminat pulu qazandıracaq.

"Köhlən atlılar" sözləşməsi yayda başa çatacaq afrikalının vaxtından əvvəl buranı tərk etməsinə görə 250-300 min avro pul alacaq.

Budapeşt təmsilçisi gələcəkdə onu başqa bir komandaya satarsa, həmin kontraktdan əldə olunacaq vəsaitin müəyyən hissəsi "Qarabağ"a çatacaq.

"Qarabağ"a 2023-cü ilin yanvar ayında "Leqanes"dən (İspaniya) transfer olunan Ovusu cari mövsümdə meydana çıxdığı 34 matçda 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti