ŞOK TRANSFERin izi ilə… Qurban Qurbanov yeni "Qarabağ" yaradır? - VİDEO

27 Yanvar 2023 15:00 Qarabağ 2 713
ŞOK TRANSFERin izi ilə… Qurban Qurbanov yeni "Qarabağ" yaradır? - VİDEO

“Qarabağ” heyətini "Dijon"dan Yassin Benzia ilə gücləndirdi.

Azərbaycanlı azarkeşlərin daha çox “Fənərbağça”dan tanıdığı məşhur futbolçunun Ağdam klubundakı performansı hamıya maraqlıdır.

Tanınmış telejurnalist Elçin Cəfərov tranfserdən sonra “Qarabağ”ın daha çox hansı oyun üslubuna üstünlük verə biləcəyinə aydınlıq gətirib.

“Sportinfo TV“də danışan E.Cəfərov bildirib ki, əlcəzairli hücumameylli yarımmüdafiəçidən faydalanmaq üçün o, daha çox 3-cü zonada yer almalıdır:

“Fərdi keyfiyyətlərinə görə istedadlı oyunçudur. Ancaq kollektiv oyun planına üstünlük verən komandalarda karyerası heç də uğurlu alınmayıb.

Onun Ağdam klubunda daha yaxşı çıxış etməsi üçün yarımmüdafiə xətti çox işləməlidir. Düşünürəm ki, əsl Benzianı izləmək istəyən azarkeşlər yeni mövsüm öncəsi avrokuboklar həftəsini gözləsinlər”.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu