“Neftçi” fransalı legioneri bu cür məmnun etdi

5 Dekabr 2022 20:20 Qarabağ 1 064
“Neftçi” fransalı legioneri bu cür məmnun etdi

"Qarabağ"ın fransalı futbolçusu Abdullah Zubir komandada 40-cı qolunu vurub.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçinin yubileyi Azərbaycan derbisinə təsadüf edib.

O, Premyer Liqanın 16-cı turunda “Neftçi” ilə səfər matçında (4:0) fərqlənib.

Abdullah 40-cı qolunu özünün 184-cü oyununda rəqib qapısından keçirib. Zubir ölkə çempionatlarında 29, kubokda 1, avrokuboklarda 10 dəfə rəqib qapısına yol tapıb.

Zubir “Qarabağ”da ilk qolunu 2018-ci il sentyabrın 23-də “Qəbələ” ilə çempionat matçında (4:1) vurub.

Zubir “Qarabağ”ın tarixi ərzində 40 və ya daha çox qol vuran 13-cü futbolçudur. (PFL)

Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 18:10 Çək və bizə göndər!
15 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Oktyabr 09:20 "Qarabağ"da ŞAD XƏBƏR!
14 Oktyabr 23:20 "Bu, bizi məyus etdi"
14 Oktyabr 20:00 Mahir – qanadsız mələk