"Neftçi" və "Qarabağ" 1,2 milyon avroluq müdafiəçini istəyir

2 Dekabr 2022 11:20 Qarabağ 1 465
"Neftçi" və "Qarabağ" 1,2 milyon avroluq müdafiəçini istəyir

Qazaxıstan millisinin müdafiəçisi Nurali Alip “Qarabağ” və “Neftçi”nin maraq dairəsindədir.

Sportinfo.az-ın “euro-football.ru”ya istinadən məlumatına görə, müqavilə ilə “Kayrat”aa məxsus olan, ancaq hazırda “Zenit”də icarə əsasında çıxış edən 22 yaşlı oyunçu 3 komandanın gündəmindədir.

Azərbaycan klubları ilə yanaşı, Rusiya Premyer Liqası təmsilçisi “Nijni Novqorod” da onu heyətinə qatmaq istəyir.

Alip oyun praktikasının azlığı səbəbindən komandasını dəyişməyi planlaşdırır. Futbolçu qış transfer dönəmində danışıqlar aparmağa hazırdır.

“Kayrat”la müqavilə müddəti 2023-cü ilin sonuna qədər olan Nurali Alipin transfer dəyəri 1,2 milyon avroya bərabərdir.

Digər Xəbərlər
Xəbər Lenti