"Qarabağ"a Portuqaliyadan bir neçə futbolçu yollanıb"

23 Noyabr 2022 03:00 Qarabağ 3 402
"Qarabağ"a Portuqaliyadan bir neçə futbolçu yollanıb"

Portuqaliya millisinin veteran forvardı Nuno Qomeş Türkiyə mətbuatına danışıb.

Sportinfo.az xəbər verir ki, "TRT Spor"a danışan portuqaliyalı "Qarabağ" haqda fikirlərini bölüşüb:

"Qarabağ" çox yaxşı irəliləyir. Onlar turnir cədvəlində birinci idilər və Avropa Liqasında (Konfrans Liqasında –red) “Gent”lə qarşılaşacaqlar.

Bu klubun prezidenti çox sərmayə qoyur və gec-tez böyük mükafat qazanacaqlar. "Qarabağ"a Portuqaliyadan bir neçə futbolçu yollanıb.

Orada braziliyalılar və bir qanalı futbolçu da var. Bu klubda hər şey yaxşıdır və əminəm ki, çox uğurlu olacaqlar".

Digər Xəbərlər
Xəbər Lenti