“Qarabağ”ı Yunanıstana aparacaq təyyarə - Səfər planı

5 Oktyabr 2022 00:50 Qarabağ 725
“Qarabağ”ı Yunanıstana aparacaq təyyarə - Səfər planı

Avropa Liqasının qrup mərhələsində "Olimpiakos" ilə qarşılaşacaq "Qarabağ" oktyabrın 5-i Yunanıstana yollanacaq.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisini Yunanıstana aparacaq təyyarə saat 10:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.

Oktyabrın 5-i saat 16:30-da (Bakı vaxtı ilə 18:30) Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq.

Saat 21:00-da isə (Bakı vaxtı ilə 23:00) matçın keçiriləcəyi Georgios Karaiskakis stadionunda Ağdam klubunun media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.

“Olimpiakos” – “Qarabağ” oyunu oktyabrın 6-da Bakı vaxtı ilə 23:00-da baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
11 Sentyabr 18:10 Çək və bizə göndər!
11 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
11 Sentyabr 03:40 “Sabah”a gəldilər - FOTO
11 Sentyabr 03:10 Ləman “Neftçi” yolunda