Kadi jurnalistlərlə söhbətdən yayındı, bu sualları verib, təşəkkür etdi

12 Avqust 2022 20:20 Qarabağ 1 745
Kadi jurnalistlərlə söhbətdən yayındı, bu sualları verib, təşəkkür etdi

“Qarabağ” son 1 ildəki uğurlu çıxışında Kadi Borgesin müstəsna rolu var.

Komandasının aparıcı futbolçusuna çevrilən braziliyalı yarımmüdafiəçi qol vurmaqdan, qol ötürməsi verməkdən doymur.

Artıq “Qarabağ”ı Kadisiz təsəvvür etmək mümkün deyil.

“Ferentsvaroş”la cavab görüşündə əldə olunan qələbədə (3:1) xüsusi zəhmət sahibi olan Borges Bakıya qayıtdıqdan sonra hava limanında jurnalistlərin suallarını cavablandırmaqda həvəsli deyildi.

Yorğunluğunu və evə tələsdiyini deyərək bu dəfəlik üzr istəyən “20 nömrə” açıqlama verməsə də, Budapeştdəki qalibiyyətin üstündən 2 gün keçəndən sonra “instagram” hesabında paylaşım edib.

O, “Ferentsvaroş”u mübarizədən kənarlaşdırıb pley-offa yüksəlmək haqda bunları yazıb:

“Bu, nə oyundur? Bu, nə vaxtdır? Bu, necə ailədir? Hər şeyə görə yalnız “Qarabağ” ailəsinə təşəkkür edirəm”.

Kadi Borges cari avrokubok mövsümündə meydana çıxdığı 5 oyunda 4 qol vurub, 3 məhsuldar ötürmə verib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti