Qurban Qurbanov "Lex"lə oyundan sonra görün, futbolçularına nə deyib!

7 İyul 2022 13:00 Qarabağ 4 112
Qurban Qurbanov "Lex"lə oyundan sonra görün, futbolçularına nə deyib!

«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasında ilk təsnifat mərhələsini aşacaqlarına inanır.

O, bunu «Lex»lə Polşada keçirilən matçdan sonra paltardəyişmə otağında dilə gətirib.

Təcrübəli mütəxəssis 0:1 hesablı məğlubiyyətə baxmayaraq, komandasına güvəndiyini, növbəti etapa vəsiqə qazanacaqlarına əminliyini ifadə edib:

«Uduzduq, amma narahatlığa əsas görmürəm. Qətiyyən ruhdan düşmək lazım deyil. Sadəcə, cavab oyununa daha yaxşı hazırlaşmalıyıq.

«Lex» mobil və sərt rəqibdir, amma bizdən çəkinirlər. Bakıda bir qədər də diqqətli oynasaq, istədiyimiz nəticəni qazanacağıq».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti