Yeni transferin öz dilindən eşidək - “Qarabağ” barədə nə bilirmiş?

23 Yanvar 2022 15:00 Qarabağ 1 371
Yeni transferin öz dilindən eşidək - “Qarabağ” barədə nə bilirmiş?

Gürcüstan yığmasının qapıçısı Luka Quqeşaşvili bu ildən Azərbaycanda çıxış edəcək.

O, “Qarabağ“la 6 aylıq icarə müqaviləsi imzalayıb.

Quqeşaşvili 2018-ci ildə Tiflis “Dinamo”sundan Polşa “Yagelloniya”sına keçsə də, bu komandada debüt edə bilməyib.

Müxtəlif vaxtlarda “Dila”da və “Qranada”nın ikinci komandasında icarədə oynayıb.

Gürcüstanın əsas millisinə də dəvət olunan qolkiper “Yagelloniya”dan mövsümün sonuna qədər icarəyə götürülüb.

“Qarabağ” onun gələcək xidmətində maraqlı olsa, yayda onu transfer edə biləcək.

Maraqlıdır, luka bura gələnədək “köhlən atlar” haqda bilgisi nə qədər imiş? “Qarabağ” barədə nə bilirmiş?

Gürcünün Sportinfo.az-a dedikləri:

“Qarabağ” barədə xəbərsiz olmaq mümkünsüzdür. Hər nə qədər olmasa, qonşu ölkələrik,

Üstəlik, bu komanda ardıcıl 8 ildir avqorkubokların qrup mərhələsində çıxış edir, Azərbaycanda çempionluqları sıralayır.

Bu qədər uğurların fonunda məlumatsız ola bilməzdim. Şübhəsiz, seçimimdə bu faktların böyük rolu oldu”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti