UEFA "Qarabağ"ın qaysaq bağlayan yarasını “qurdalayır”? - VİDEO

8 Dekabr 2021 10:40 Qarabağ 2 019
UEFA "Qarabağ"ın qaysaq bağlayan yarasını “qurdalayır”? - VİDEO

Konfrans Liqasının rəsmi tviter hesabı növbəti dəfə "Qarabağ"la bağlı paylaşım edib.

Sportinfo.az xəbər verir ki, Avropa futbol qurumu "Omoniya"nın Bakıda Azərbaycan təmsilçisinə uzaq məsafədən vurduğu qolu yayımlayıb.

Postda "Jordi Qomes bunu 90-cı dəqiqədə edib" yazılıb.

"Qarabağ" - "Omoniya" görüşü 2:2 hesablı heç-heçə ilə başa çatıb. "Köhlən atlar" dekabrın 9-da Konfrans Liqasının qrup mərhələsinin sonuncu - VI tur matçında İsveçrədə "Bazel"in qonağı olacaq.

Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Ağdam təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!