Bu, "Qarabağ"a yaraşmadı

20 Oktyabr 2021 23:00 Qarabağ 6 235
Bu, "Qarabağ"a yaraşmadı

"Qarabağ" sabah Konfrans Liqasının qrup mərhələsinin üçüncü turunda Qazaxıstan "Kayrat"ını qəbul edəcək.

Qurban Qurbanovun yetirmələri uzun müddətdən sonra doğma meydanda qələbə sevinci yaşamağa çalışacaq.

Belə ki, ağdamlıların qrup mərhələlərindəki sonuncu ev qələbəsi 5 il əvvələ təsadüf edir.

Təmsilçimiz məhz 2016-cı ilin oktyabr ayında Tofiq Bəhramovda Dani Kintana və Rahid Əmirquliyevin qolları ilə PAOK-u məğlub edə bilib.

"Qarabağ" ondan sonra biri Çempionlar Liqası, üçü Avropa Liqası olmaqla 4 dəfə qruplara qalsa da heç birində rəqiblərini doğma meydanda məyus yola sala bilməyib.

Bu mövsüm artıq 5-ci belə cəhddir. Qrupun ilk oyununda "Bazel"ə qarşı istəyini həyata keçirə bilməyən komandamız sabah "Kayrat"la matçda 5 illik həsrətə son qoymağa çalışacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti