"Qarabağ"ın bahalı heyəti var, ancaq futbolu pul oynamır”

4 Avqust 2021 19:20 Qarabağ 1 886
"Qarabağ"ın bahalı heyəti var, ancaq futbolu pul oynamır”

"İki il əvvəl bir mövsümdə "Qarabağ"la 4 dəfə üz-üzə gəlmişdim.

Rəqib AEL-lə müqayisədə bahalı oyunçuları olan çox yaxşı komandadır, amma futbolu pul oynamır.

Sadəcə, sərmayə qoyurlar, yaxşı stadionları var. Həmin vaxt bizimlə qarşılaşana qədər uzun müddət məğlub olmamışdılar".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Kiprin APOEL klubunun sabiq futboçusu Giorqos Merkis yerli mətbuata açıqlamasında AEL-in "Qarabağ"a qarşı keçirəcəyi Konfrans Liqasının III təsnifat mərhələsinin oyunları barədə danışarkən deyib.

Veteran müdafiəçi bildirib ki, AEL Ağdam təmsilçisi ilə matçlarda olduqca diqqəli oynamalıdır: "Qarabağ"ın Avropa təcrübəsi var. Bu səbəbdən, komanda böyük cəsarət sərgiləməli olacaq.

Azərbaycan Türkiyə ilə qardaş ölkə olduğu üçün Kipr klubları ilə ev görüşləri zamanı tribunada fərqli atmosfer olur.

Azarkeşlər Türkiyə ilə siyasi problemlərimizdən stimul kimi istifadə edirlər. Futbolçularımız peşəkar davranmalı, soyuqqanlı olmalı və bütün diqqətini meydana yönəltməlidir".

"Qarabağ" AEL ilə ilk görüşünü avqustun 5-də səfərdə, cavab qarşılaşmasını avqustun 12-də evdə keçirəcək.

Səfərdəki matç Bakı vaxtı ilə saat 21:00-da, Tofiq Bəhramov adına Respublika stadionundakı görüş isə saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?