Honda "Neftçi" haqda dedi: "Mən bununla razı deyiləm"

13 May 2021 17:20 Qarabağ 1 433
Honda "Neftçi" haqda dedi: "Mən bununla razı deyiləm"

"Hər matçda fərqlənmək şansım olur".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Neftçi"nin yaponiyalı yarımmüdafiəçisi Keysuke Hondaya məxsusdur.

Bakı klubu ilə iki aylıq müqavilə imzalamış 35 yaşlı legioner artıq Premyer Liqada 2 dəfə fərqlənib. Asiyalı keçmiş ulduz "Keşlə" və "Səbail"lə qarşılaşmalarda aadını tabloya yazdırıb.

Honda qələbəni qol vurmasından daha vacib saydığını bildirib: "Hərdən böyük oyunçular imkanlardan istifadə edə bilmir. Bəlkə də növbəti qarşılaşmalarda yenə fərqləndim.

Ayağımın açılması üçün bir qol bəs edir. Mənim üçün əsas məsələ qələbə qazanmaqdır. Şanslarım var idi. Bu imkanlar baxımlı hücumlar nəticəsində yaranmışdı.

Bu, mənim üçün qol və ötürmədən daha vacibdir. Düzdür, qol və məhsuldar ötürmələr də lazımdır. Bu proses nəticədən daha önəmlidir. Hamı nəticəyə baxır, mən bununla razı deyiləm. Təbii ki, şəxsi fikrimdir".

Digər Xəbərlər
Xəbər Lenti