“Şah“dan gələn xəbər “Qarabağ”da üzləri güldürdü

20 Aprel 2021 09:40 Qarabağ 1 049
“Şah“dan gələn xəbər “Qarabağ”da üzləri güldürdü

Premyer Liqanın 23-cü turunda “Səbail”lə səfər matçının ilk hissəsində ağır zədə alan “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevdən yeni xəbər var.

Klubdan Sportinfo.az-a verilən məlumatıa görə, müalicə prosesi onun yaşıl sahələrə dönüşünün daha tez baş tutacağına ümidləri artırıb.

Belə ki, başına 25, üzünə 7 tikiş atılan kiperin yaraları sürətlə sağalmağa başlayıb. Belədə “Şah“ın sıraya qayıtması, əvvəlcədən təxmin edildiyi kimi, mayın ikinci yarısında deyil, elə bu ayın sonunadək reallaşa bilər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti