“Qarabağ” Rusiya klubunun yarımmüdafiəçisi ilə razılaşdı

5 Mart 20:40 Qarabağ 1 564
“Qarabağ” Rusiya klubunun yarımmüdafiəçisi ilə razılaşdı

“Qarabağ”ın mövsümün sonunda heyətinə qatacağı ilk futbolçunun adına böyük ölçüdə aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, “Tambov”un yarımmüdafiəçisi Azər Əliyev karyerasını Ağdam klubunda davam etdirəcək.

Ötən ay “Ufa”dan “Tambov”a keçən və Premyer Liqa təmsilçisi ilə 4 aylıq müqavilə bağlayan Əliyevlə “Qarabağ” rəhbərliyi arasında artıq ilkin razılıq əldə olunub.

Mahir Emrelinin yayda ayrılma ehtimalını nəzərə alan baş məşqçi Qurban Qurbanov sağ cinahda yaranacaq boşluğu məhz 27 yaşlı Əliyevlə doldurmaq niyyətindədir.

Bu transfer eyni zamanda soydaşımızın Azərbaycan millisinə də yolunu açacaq.

Azər Əliyev “Yenisey”шn yetirməsidir (apasport.az).

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:40 Kərim Ronaldonu ötdü