“Hər son bir yeni başlanğıcdır“.
Bu fikirlər Sportinfo.az saytının və “Sportinfo TV”nin baş redaktoru İlkin Fikrətoğluna məxsusdur.
O, “Qarabağ“ın “Tvente“yə uduzaraq avrokuboklar mövsümü ilə pley-off mərhələsində vidalaşmasına münasibət bildirib, “Sabah“ı nümunə çəkib:
“Qarabağ”ın avrokubok macərasının 13-cü ildə bu cür yekunlaşması klub ücün bir dərs olar. Elə “Sabah“ın gördüyü işlər, qazandığı çempionluq, Avropadakı yüksəlişi də.
Baş məşqçi Valdas Dambrauskas jurnalistlərlə deyib ki. bu uğurumuzda “Qarabağ“ın da pay var, onlardan çox şey öyrəndik.
Bu, təvazökar və hörmətəlayiq açıqlamadır. “Qarabağ“ın qarşısında “Sabah“ səviyyəsində bir rəqibin peyda olması hər iki klubu xeyrinə olacaq“.
