“Günahkar olduğunu sübut etsə, qayıdacaq, edə bilməsə…“

22 Oktyabr 2020 20:10 Qalmaqal 990
“Günahkar olduğunu sübut etsə, qayıdacaq, edə bilməsə…“

“Santos”la müqavilə bağlayan Robinyonun zorlamada ittiham olunduğu barədə məlumat vermişdik.

Sportinfo.az xəbər verir ki, Braziliyanın ailə və insan hüquqları naziri “Santos”un sabiq “Real”lı ilə müqavilə bağlamsına sərt reaksiya vermiş, onun həbs edilməli olduğunu bildirmişdi.

“Santos” rəhbərliyi məsələyə reaksiya verib. Klubda prezident səlahiyyətlərini icra edən Orlando Rollo bildirib ki, futbolçunun günahı sübut olunsa, onunla müqavilə ləğv ediləcək:

“Biz Robinyo ilə müqavilə bağladıq ki, o, İtaliyada məhkəmə çəkişməsində iştirak etmək şansı qazansın. Detallara varmayacam, onun günahının olub-olmadığı barədə də bir söz deməyəcəm.

O, məhkəmə qarşısında dayanmalıdır. Biz ona az daş atmalı və səbirli olmalıyıq. Əgər o, günahkar olduğunu sübut etsə, qayıdacaq, yox, edə bilməsə, onda onunla bağlanmış müqaviləyə xitam veriləcək”.

Digər Xəbərlər
Xəbər Lenti