Döyüşə qondarma bayraqla çıxan erməninin cəzası verildi

7 Avqust 2020 12:16 Qalmaqal 982
Döyüşə qondarma bayraqla çıxan erməninin cəzası verildi

Erməni əsilli döyüşçü Edmen Şahbazyan və komandası "UFC" tərəfindən cəzalandırılıb.

Sportinfo.az xəbər verir ki, Edmen Şahbazyan və komandası keçirilən son turnirdə Qondarma Dağlıq Qarabağ Respublikasının qeyri-qanuni bayrağıyla oktaqona daxil olmasına görə "UFC" təşkilatı tərəfindən cəzalandırılıb.

Həmçinin bu qanuna zidd hərəkətə icazə verdiyi üçün "UFC" 20 illik təcrübəyə sahib əməkdaşının işinə də xitam verib.

Məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi UFC rəhbərliyinə müraciət ünvanlamışdı.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız