"Axmaqlar! Onların məqsədi pul yumaqdır"

18 May 2020 16:28 Qalmaqal 528
"Axmaqlar! Onların məqsədi pul yumaqdır"

SSRİ yığmasının sabiq futbolçusu Vladimir Ponomaryov Yuri Syominin “Lokomotiv”dən istefaya göndərilməsinə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, Ponomaryov klub rəhbərliyinin bu qərarını kəskin tənqid edib.

O, komandanın bundan sonra uğursuz olacağını iddia edib: “Bu, klub prezidentinin və komanda rəhbərliyinin böyük bir axmaqlığıdır.

Yuri Semin çox bacarıqlı bir məşqçidir və komanda ilə çox yaxşı işləyirdi. Komanda çempionatda ikinci yerdədir. Onsuz, komanda cəhənnəmə sürüklənəcək və ilk üçlüyə belə düşməyəcək. Axmaqlar!

Bir dəstə agent var ki, bahalı futbolçuları almağı tövsiyə edirlər. Düşünürəm ki, Syomin bəzi futbolçuların alınması ilə razılaşmırdı. Onlar isə pul “yumalıdırlar“. Vəssalam”.

Digər Xəbərlər
Xəbər Lenti