Azərbaycanlı qadın idmançıya "Sevgililər günü" hədiyyəsi verildi, dava düşdü - VİDEO

16 Fevral 2020 12:22 Qalmaqal 2 440
Azərbaycanlı qadın idmançıya "Sevgililər günü" hədiyyəsi verildi, dava düşdü - VİDEO

Moldovanın paytaxtı Kişinyovun Çoresku qəsəbəsində MMA üzrə “Eagles: Next Level” yarışı keçirilib.

Sportinfo.az xəbər verir ki, “Futzal Arena”da keçirilənk yarışda Azərbaycanın üç idmançısı mübarizə aparır.

İki qələbəsi və iki məğlubiyyəti olan Elçin Hüseynov Özbəkistan təmsilçisi Müzəffər Rəcəbovla qarşılaşacaq.

Mehman Məmmədov bu çempionatda üçüncü döyüşünə çıxacaq. Üç qələbəsi və üç məğlubiyyəti olan Mehmanın rəqibi dəyişdirilib. Əvvəlcə daha təcrübəli, “Halk” ləqəbli finlandiyalı Mikael Silander rəqib olsa da, indi Məmmədovla döyüşə əfqanıstanlı Nurəddin Həzrət çıxacaq. Mehmanın yüngül çəkidə baş tutacaq döyüşdəki rəqibinin cəmi bir qələbəsi və iki məğlubiyyəti var.

Azərbaycanın bu yarışda üçüncü döyuşçüsü Tünzalə İmanlıdır. Üç qələbəsi və bir məğlubiyyəti olan Tünzalənin rəqibi 20 yaşlı yerli idmançı Donna Keldir. Üç qələbəsi olan Kel son iki görüşdə məğlub olub. Bu görüş gecənin yeganə qadın döyüşüdür.

Döyüş gecəsindən bir gün əvvəl idmançıların təqdimatında Tünzalə İmanlı ilə Donna Kel arasında münaqişə baş verib. Kel Sevgililər Günü ilə bağlı Tünzaləyə bağlama təqdim edib. Lakin azərbaycanlı idmançı bunu onun üzərinə atıb.

Digər Xəbərlər
Xəbər Lenti