WADA-nın "qara siyahısı"na düşən idmançılar və növlər

10 Dekabr 2019 09:09 Qalmaqal 500
WADA-nın "qara siyahısı"na düşən idmançılar və növlər

WADA (Ümumdünya Antidopinq Agentliyi) antidopinq qaydalarını pozmaqda ittiham olunan rusiyalı idmançıların sayı barədə informasiya dərc edib.

Sportinfo.az xəbər verir ki, qurumun yaydığı hesabatda 45 belə idmançının 4 növü təmsil etdiyi açıqlanıb. Onlardan 41-i ağırlıqqaldıran, 2-si taekvondoçu, ikisi isə güləşçi və kanoeçidir.

Bundan başqa, WADA Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasını Rusiyadan olan 66 idmançının işi ilə bağlı məlumatlandırıb. Daha 2 hal isə biatlonçulara aiddir.

Dekabrın 9-da Rusiyanın beynəlxalq yarışlardan 4 il müddətinə kənarlaşdırıldığı bəyan olunub. Səbəb kimi Moskva Antidopinq Laboratoriyasının məlumatları saxtalaşdırması göstərilib. Cəza 2020-ci il Tokio Yay Olimpiya Oyunları və 2022-ci il futbol üzrə dünya çempionatına da şamil edilir.

"Rusiya millisi 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına vəsiqə qazansa, futbolçular neytral bayraq altında mübarizə aparmalıdır".
Bunu Ümumdünya Antidopinq Agentliyinin (WADA) Uyğunlaşma Komitəsinin sədri Conatan Teylor bildirib.

Onun sözlərinə görə, Rusiya yığması seçmə mərhələni keçsə, mundialda ölkəni təmsil edə bilməz: "Ancaq onlar Rusiya təmsilçiləri olaraq deyil, neytral əsaslarla müraciət edə və sonra necə iştirak edə biləcəkləri barədə qərar veriləcək. Ancaq şərt budur ki, Rusiya bayrağı və nümayəndələri olmasın".

Rusiya Dünya Antidopinq Agentliyinin (WADA) verdiyi bir qərardan sonra Lozannadakı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək. Bunu Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitə sədrinin birinci müavini, Olimpiya çempionu Svetlana Jurova deyib.

"19 dekabrda RUSADA (Rusiya Antidopinq Agentliyi) Müşahidə Şurasının iclası olacaq, RUSADA ya bu tövsiyələri qəbul edəcək, ya etməyəcək. Sonra Lozannadakı məhkəmə müraciət edəcəyik . Çünki biz idmançılarımız üçün mübarizə aparmalıyıq” - Jurova deyib.

Nəticədə Rusiya bundan əlavə, Yekaterinburq-2023 Universiadasını keçirmək hüququnu itirə, Sankt-Peterburqda isə Avropa futbol çempionatının əvvəlcədən planlaşdırılan qrup mərhələsi oyunları və dörddəbir final oyunları keçirilməyə bilər.

Eyni zamanda Rusiya Futbol İttifaqının (RFİ) mətbuat xidməti Rusiyada tədbirlərin təşkilində hər hansı bir məhdudiyyətin olmayacağına ümid etdiklərini bildirib.

Digər Xəbərlər
Xəbər Lenti