Azərbaycan çempionatında yeni "QUMAR" QALMAQALI - Hüquq-mühafizə orqanları hərəkətə keçdi

16 Fevral 14:40 Qalmaqal 985
Azərbaycan çempionatında yeni "QUMAR" QALMAQALI - Hüquq-mühafizə orqanları hərəkətə keçdi

"İrəvan"ın yarımmüdafiəçisi Fəhmin Muradbəylinin hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasının səbəbi məlum olub.

Mövsümün əvvəlindən I Liqada çıxış edən 27 yaşlı orta sahə oyunçusu danışılmış oyunlarla bağlı sorğu-sual olunmasına dair qeyri-rəsmi informasiyalar var.

Gənclər millimizin sabiq üzvü "Neftçi"nin yetirməsidir. O, "ağ qaralar"ın heyətində 2020/21 mövsümündə Azərbaycan çempionu olub.

Fəhmin "Səbail", "Keşlə" və "Araz Naxçıvan"ın da şərəfini qoruyub.

Bildiyimizə görə, UEFA I Liqada oyunların manipulyasiyası ilə bağlı UEFA-dan bir neçə serkulyar məktub alıb.

Avropa futbol qurumu son 3-4 ayda Bakıya bu səpgidə şifrəli mesajlar ötürüb. Həmin məktublarda "İrəvan"ın da adı keçir.

Xüsusən Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Araz-Naxçıvan"la qarşılaşmasının nəticəsi UEFA-da ciddi şübhə doğurub.

Sözügedən təşkilat onun nəzdində fəaliyyət göstərən polisin leqal və qeyri-leqal bukmeyker kontorlardan əldə etdiyi məlumatlar əsasında AFFA-nı hərəkətə gətirib.

Belə ki, UEFA "İrəvan"ın 2:8 hesablı məğlubiyyətinin təsadüfi olmadığı qənaətindədir. Federasiya da öz növbəsində hüquq-mühafizə orqanlarından kömək istəyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!