 
            AFFA İntizam Komitəsinin bugünkü iclasında aşağı liqalarda keçirilən oyunlardakı qayda pozuntuları ilə bağlı da qərarlar qəbul olunub.
Sportinfo.az xəbər verir ki, U-12 Liqasında çıxış edən “Arpaçay”ın (Şərur) baş məşqçisi Bilal Nağıyev 3 oyunluq cəzalandırılıb.
Buna səbəb onun UGİM-lə (Culfa) oyununun 27-ci dəqiqəsində öz futbolçularını təhqir etməsidir. Bu hərəkətinə görə baş məşqçi oyun zamanı qırmızı vərəqə ilə də cəzalandırılıb.

 
                 
                 
                 
                 
                    
 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            .jpg) 
                             
                             
                             
                             
                             
                            