COP29

QALMAQALIN TƏFƏRRÜATI: "Qəsdən belə edirsən ki, uduzaq" - VİDEO

14 Aprel 11:05 Qalmaqal 5 593
QALMAQALIN TƏFƏRRÜATI: "Qəsdən belə edirsən ki, uduzaq" - VİDEO

Hər şey 5-ci dəqiqədən başladı.

Kristof Atanqana müdafiəçilərin ona ötürdüyü topu ayağında saxlaya bilmədi, Aleks Souzaya qarşı kobudluğa yol verdi.

Rauf Cabbarov cərimə meydançası daxilində yaşanan epizodu penalti olaraq qiymətləndirdi. Fərid Nəbiyev bu imkanı dəyərləndirə bilmədi: ispaniyalı qapıçı zərbənin istiqamətini düzgün müəyyənləşdirməklə, bayaqkı səhvini düzəltdi.

İkinci hissənin əvvəli. Əyyub Allaş cərimə meydançasının önündən gözəl zərbəylə hesabı açır.

Az sonra Atanqana müdafiənin arxasına ötürülən topa birinci yetişən tovuzlu oyunçuya təpiklə zərbə endirir. Hamı referinin yenə penalti fitini çalacağını gözləsə də, o, fərqli qərar verir.

81-ci dəqiqə. Arxa xətt oyunçularının sayıqlığı itirməsi Aleks Souzanın status-kvonu bərpa eləməsi ilə nəticələnir. Lukas Afrikonun əl-qol və ayaq hərəkətləri də braziliyalı hücumçunun fərqlənməsinə mane olmuur.

90+5-ci dəqiqə. «Turan Tovuz»un çoxgedişli kominasiyası Belajdi Pusinin cərimə meydançasına daxil olaraq topu «doqquzluğ»a sancmasıyla bitir.

Albaniyalı forvardın topa zərbə endirdiyi anda dörd-beş müdafiəçinin seyrçi mövqeyi sərgiləməsi diqqət çəkir.

Final fiti verilir. Kaxaber Sxadadze meydana daxil olur, qapıçısına tərəf yollanır. Atanqanaya yaxınlaşaraq, hirsli hərəkətlər edir. «söyub-sulayır».

Əcnəbi kiper baş məşqçiyə heç nə demir, dəsmalı əlinə götürüb, sakit addımlarla meydanı tərk edir.

Bu zaman İlkin Qırtımov gözə dəyir. Müdafiəçi Ataqananı söyə-söyə paltardəyişmə otağının yolunu tutur. Onun söylədiklərini yaxınlıqdakıların hamısı eşidir.

Qırtımovun deməyindən başa düşülür ki, ispaniyalı «əlcək sahibi»nin qəsdən səhvlərə yol verməsindən şübhələnib.

Bir qədər keçir. Gürcü çalışdırıcı mətbuat önünə çıxır:

“Oyunu uduzduq. Xarakter göstərmək lazımdır. Meydana sonradan daxil olanlar komanda üçün, üç xala görə döyüşməlidir.

Amma heç nə alınmadı. Buraxdığımız qollar sadəcə mümkünsüzdür.

Birinci top hava ötürmələrindən sonra vuruldu. İkinci qolu ümumiyyətlə başa düşmədim.

Rəqib dörd futbolçunu keçdi, sanki onu müşayiət edirdilər. Qapıçı da, elə bil, öz qapımıza qol vurdu. Belə oyunlar uduzulmamalıdır”.

Mətbuat konfransı başa çatır. «Qəbələ»nin paltardəyişmə otağında səs-küy eşidilir. İçəridə nə olub, nə olmayıb, az sonra «Qəbələ»dəki dostlarımız redaksiyaya zəng vuraraq, bizə danışır.

Öyrənirik ki, Sxadadze paltardəyişmə otağına girər-girməz Atanqaya qışqırır və onun üzərinə yeriyir. «Artıq ikinci oyundur ki, bu cür səhvlərə yol verirsən. Bilərəkdən belə edirsən ki, uduzaq» söyləyir.

Bu vaxt əksər komanda yoldaşları da ispaniyalının ünvanına eyni fikirləri səsləndirir. Bir-iki nəfərdən savayı, heç kim Atanqananı müdafiə eləmir.

O, cavab verməyə çalışır, ancaq döyüləcəyini hiss elədiyi üçün səssini çox çıxarmır. Bu da baş məşqçini sakitləşdirmir.

Kaxanın dayanmadığını görən bir qrup oyunçu Atanqanı vurmağa çalışır. Aranı klub rəsmiləri sakitləşdirir.

Butün bunlar dünən Premyer Liqanın 30-cu turu çərçivəsində keçirilən "Qəbələ" - "Turan Tovuz" matçından (1:2) sonra baş verənlərin bir hissəsidir.

Biz hələ onu yazmırıq və adını çəkmirik ki, ev sahiblərinin hansı rəsmisi qarşılaşmanın fasiləsində hakimlərə təzyiq göstərməyə və onların otağına daxil olmağa çalışıb.

AFFA İntizam Komitəsinin iclasını və orada veriləcək qərarları gözləyirik. Görək, «fit sahibləri» üzləşdiyi hadisələr barədə protokolda hansısa bir qeyd edibmi?

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
12 Noyabr 16:40 İnfantino da gəldi - FOTO
12 Noyabr 16:30 Çək və bizə göndər!
12 Noyabr 10:40 Səni də burada görək!
12 Noyabr 08:40 "Biz bunu istəməzdik"