“Neftçi” – “Qarabağ” oyununda kütləvi dava düşdü, 4 nəfər saxlanıldı - Olayın VİDEOsu

17 Fevral 14:20 Qalmaqal 897
“Neftçi” – “Qarabağ” oyununda kütləvi dava düşdü, 4 nəfər saxlanıldı - Olayın VİDEOsu

Ötən gün “Neftçi” və “Qarabağ” arasında keçirilən Azərbaycan derbisindən (0:1) öncə azarkeşlər arasında dava düşüb.

Sportinfo.az xəbər verir ki, iki komandanın fanatları bir-birlərinə hücum ediblər.

DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, yaşanan insident nəticəsində 4 nəfər saxlanılıb:

“Dünən paytaxtın Nizami rayonunda yerləşən stadionda keçirilən “Neftçi”-“Qarabağ” oyunundan əvvəl hər iki komandanın azarkeşləri arasında ictimai asayişin pozulması halı qeydə alınıb.

İnsidentlə bağlı polis lazımi qabaqlayıcı tədbirlər görüb, 4 nəfər saxlanılaraq ərazi üzrə Polis Şöbəsinə gətirilib. Araşdırma aparılır”.

Başverənləri aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti