Premyer Liqada futbolçunun üstündə insident - Həyəcanlı anların VİDEOsu

22 Aprel 21:00 Qalmaqal 586
Premyer Liqada futbolçunun üstündə insident - Həyəcanlı anların VİDEOsu

Premyer Liqanın 31-ci turunda "Kəpəz" "Sabah"ı qəbul edir.

Maraqlı keçən oyunun 80-ci dəqiqəsində tribunalarda ara qarışıb.

Hər şey Cavad Kərimovun əvəzetmədən meydana daxil olmasından başlayıb.

"Xəmsə" azarkeş qrupunun üzvləri gənc futbolçunun adını çəkib dəstək nümayiş etdirsələr də, Kərimov onlara təşəkkür etməyib.

Futbolçunun soyuq münasibətindən qəzəblənən azarkeşlər Cavadı hörmətsizlik etmək günahlandırıb.

Həmin an digər tribunada əyləşən bir neçə orta yaşlı fanat həmin şəxsləri Cavada dəstəyə səsləyib, yerli futbolçu olduğunu diqqətə çatdırıb.

Azsaylı azarkeşlərin çağırışı "Xəmsə"lilərin xoşuna gəlməyib ki, belədə, eyni komandanın tərəfdarları arasında həyəcanlı anlar yaşanıb.

Polislərin sayıq davranışı nəticəsində baş verə biləcək münaqişənin qarşısı vaxtında alınıb.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti