ŞOK! Ermənistan “Qarabağ“ın sabiq rəsmisinə qarşı cinayət işi açdı

7 Noyabr 2023 12:40 Qalmaqal 1 515
ŞOK! Ermənistan “Qarabağ“ın sabiq rəsmisinə qarşı cinayət işi açdı

Sülh sazişini imzalamağa “hazır olduğunu” davamlı şəkildə bəyan edən Ermənistan rəhbərliyi növbəti oyunbazlığa başlayıb.

Ermənistan İstintaq Komitəsindən Pastinfo-ya verilən məlumata görə, İrəvanda Azərbaycanın hərbi-siyasi rəhbərliyinin 20 nümayəndəsinə qarşı cinayət işi başlanıb.

Sportinfo.az xəbər verir ki, Ermənistanın gülünc iddiası bununla bitmir.

Bildirilir ki, 44 günlük müharibənin istintaqı çərçivəsində “Qarabağ”ın mətbuat xidmətinin sabiq rəhbəri Nurlan İbrahimova qarşı da iş açılıb.

Nurlan İbrahimov Vətən müharibəsi zamanı «feysbuk» səhifəsində ermənilərlə bağlı paylaşımına görə FİFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb, klub isə 100 min avro cərimələnib.

İbrahimov bu qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edib. Bir ildən artıq çəkən prosesin sonucu olaraq qərar qüvvədə saxlanılıb.

İstisna deyil ki, rəsmi İrəvan Azərbaycana qarşı açdığı bu absurd dava ilə Rusiyaya sübut etmək istəyir ki, Roma Statutu prezident Putini həbs etmək üçün yox, Azərbaycana qarşı hüquqi addımlar atmaqdan ötrü ratifikasiya edilib.

Ermənistan İstintaq Komitəsinin bu açıqlaması cəfəngiyyat olmaqla yanaşı, həyasızlığın zirvəsi də sayıla bilər.

Azərbaycanın ərazilərini 30 ildən artıq işğalda saxlayan ölkədə əli dinc insanların qanına batmış çoxlu sayda canilər var və əslində İrəvan beynəlxalq hüquqa hörmətlə yanaşıb, müharibə cinayətləri törədən şəxsləri Azərbaycana təhvil verməlidir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var