İngiltərə polisi Azərbaycan millisinə necə kömək olur? – ŞOK OLAY!

28 Yanvar 2021 17:00 Qalmaqal 2 399
İngiltərə polisi Azərbaycan millisinə necə kömək olur? – ŞOK OLAY!

İngiltərənin Daxili İşlər Nazirliyi koronavirusla bağlı “qırmızı zona”ya daha bir neçə ölkənin adını əlavə edib.

Sportinfo.az xəbər verir ki, onlar arasında Avropadan Portuqaliya, Cənubi Amerikadan isə Argentina, Uruqvay, Braziliya, Kolumbiya və Paraqvay kimi ölkələr də var.

Bu isə Premyer Liqa klublarını və qarşıdan gələn DÇ-2022-nin seçmə mərhələsi öncəsi yığma komandaları narahat edir. Çünki adıçəkilən Cənubi Amerika ölkələrindən 38, Portuqaliyadan isə 18 futbolçu hazırda Premyer Liqa təmsilçilərinin formasını geyinir.

Qərarda hər hansı bir dəyişiklik olmasa, milli üçün ölkəsinə yollanacaq oyunçular İngiltərəyə qayıtdıqları zaman otellərdə 10 günlük karantinə alınacaq.

Vəziyyətdən narahatlıq keçirən qurumlardan biri də Portuqaliya Futbol Federasiyasıdır. Çünki Portuqaliya yığması martın 24-də DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisini qəbul edəcək.

Karyerasını İngiltərədə davam etdirən 18 portuqaliyalıdan isə 10-u yığmanın ötən ilin noyabrındakı son matçlarına dəvət alıb.

Həmin ərəfədə dəvətlər zamanı son qərarları klublar və futbolçular verəcəklər. Risk qrupuna daxil olan ölkələrə çağırılan oyunçular klub karyerasını zərbə altına atmamaq üçün yığmadan imtina edə bilərlər.

2018-ci ildən bəri Portuqaliya millisinə çağırılan Premyer Liqada oynayan futbolçular bunlardır: Sedrik Soareş (“Sauthempton”), Elder Kosta (“Lids”), Joao Kanselo, Ruben Dias, Bernardo Silva (“Mançester Siti”), Bruno Fernandeş (“Mançester Yunayted”), Andre Qomes (“Everton”), Dioqo Yota (“Liverpul”), Joao Moutinho, Pedro Neto, Ruben Neves, Rui Patrisio, Daniel Podense, Nelson Semedo (“Vulverhempton”), Rikardo Pereyra (“Lester”).

Martın 24-də Lissabonda millimizi sınağa çəkəcək Portuqaliya yığması üç gün sonra Belqradda Serbiyanın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti