Şotland qızları millimizi “qol yağışı”na “qonaq etdi”

14 Mart 2022 20:20 Qadın futbolu 1 085
Şotland qızları millimizi “qol yağışı”na “qonaq etdi”

Qızlardan ibarət Azərbaycanın U-17 yığması AVRO-2022-nin seçmə mərhələsində son matçını keçirib.

Sportinfo.az xəbər verir ki, yığmamız qrupdakı son oyununda Şotlandiya ilə qarşılaşıb.

Görüş şotlandların 6:0 hesablı qələbəsilə sona çatıb.

Qrupun digər matçında Albaniya Şimali Makedoniya yığmasına 4:2 hesabı ilə qalib gəlib. Bundan əvvəl yığmamız Albaniya 0:1 və Şimali Makedoniyaya 0:3 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti