Qırğızıstana uduzduq

01:10 Qadın futbolu 63
Qırğızıstana uduzduq

Azərbaycanın U-17 qızlardan ibarət komandası növbəti dəfə Qırğızıstan yığması ilə qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, Bişkek şəhərində baş tutan yoldaşlıq görüşü Qırğızıstan millisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Milli komandamızın heyətində yeganə qolu Xədicə Rəhimova vurub.

Qeyd edək ki, hazırda Qırğızıstanda təlim-məşq toplanışında olan U-17 millimiz avqustun 30-da bu ölkənin yığmasına 0:3 hesabı ilə məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti