Azərbaycan millisinə dəvət aldı - “İmişli”nin Zəhrası

2 Sentyabr 08:10 Qadın futbolu 213
Azərbaycan millisinə dəvət aldı - “İmişli”nin Zəhrası

“İmişli” PFK-nın futbolçusu Zəhra İsmayılova qızlardan ibarət Azərbaycan U-17 milli komandasına dəvət alıb.

Sportinfo.az xəbər verir ki, gənc futbolçu millinin Bakıda təşkil olunan təlim-məşq toplanışında yer alıb və komandanın qarşıdakı beynəlxalq yoldaşlıq görüşləri üçün heyətinə daxil edilib.

Azərbaycan U-17 yığması avqustun 24-dən 27-dək “Dalğa Arena”da hazırlıq keçib.

Komanda Qırğızıstanın paytaxtı Bişkekə yerli U-17 millisi ilə sentyabrın 2-də “Dostuk Arena”da yoldaşlıq oyunu keçirəcək. 30 avqustda keçirilən qarşılaşmada qızlarımız 3:0 hesabı ilə məğlub olublar.

İsmayılova üçün bu, milli komanda səviyyəsində ilk çağırış deyil. O, daha əvvəl də Azərbaycanın müxtəlif yaş qrupları üzrə yığmalarının düşərgəsinə dəvət olunub.

Fevralda U-17 millisinin Gürcüstandakı toplanışında, mayda isə U-16 yığmasının Bakıda keçirilən UEFA İnkişaf Turniri üçün heyətində yer alıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi