COP29

Millimizin oyunçusu "qırmızı" aldı, "Qalatasaray" Türkiyə çempionu oldu

6 May 02:30 Qadın futbolu 927
Millimizin oyunçusu "qırmızı" aldı, "Qalatasaray" Türkiyə çempionu oldu

Türkiyədə qadınlar Super Liqasında 2023/2024 mövsümünə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, bu gün lider "Qalatasaray" doğma meydanda "ALG Spor"u qəbul edib.

Qarşılaşma "sarı-qırmızılar"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 71-ə yüksəldən "Qalatasaray" Türkiyə çempionu olub.

"Qalatasaray"da çıxış edən Azərbaycan milli komandasının üzvü Kristina Bakarandze də bu görüşün iştirakçısı olub. O, matça start heyətdə başlayıb və 67-ci dəqiqədə qırmızı vərəqə görüb.

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq