"Uduzduğumuz zaman onlara qaçır və kömək istəyirik”

1 Dekabr 2020 10:10 Problem 535
"Uduzduğumuz zaman onlara qaçır və kömək istəyirik”

Erməni tarixçi və diplomat, 1991-1997-ci illərdə Ermənistan prezidentinin baş məsləhətçisi vəzifəsində çalışmış Jirayr Liparityan “BBC” telekanalına müsahibəsində Ermənistanın son dövrlər apardığı avantürist və məntiqsiz siyasətinə dair açıqlamalar verib.

Sportinfo.az xəbər verir ki, Liparityan müsahibəsində Ermənistanın siyasi ictimaiyyətini Qarabağ məsələsində reallığı düzgün qiymətləndirməməkdə təqsirləndirib.

Jurnalistin “Yəni Ermənistan hakimiyyətinin reallığı səhv qiymətləndirdiyini söyləyirsiniz?” sualına Liparityan belə cavab verib:

“Bu, yalnız bir hakimiyyət məsələsi deyil. Erməni siyasətinin bütün spektrinə baxın. Bir partiyadan başqa hamısı ultra-vətənpərvərdir. “Respublikaçılar", “Çiçəklənən Ermənistan”, “Parlaq Ermənistan”, “Daşnaksütyun” və ya hər hansı başqa bir partiyada dünya ictimaiyyətinin bizə dediklərini dinləməyi təklif edən bir siyasətçi görmürəm.

Beynəlxalq ictimaiyyətin rəyi isə bizim üçün vacib olmalıdır - çünki uduzduğumuz zaman onlara qaçırıq və kömək istəyirik. Onlardan edə bilməyəcəkləri bir şeyi etmələrini xahiş edirik”, - deyə Liparityan qeyd edib.

Liparityan müsahibəsində bu problemin əsasının Ermənistanın siyasi mədəniyyətindən qaynaqlandığını bildirib.

“Yəni, şərti olaraq Koçaryan və Paşinyan, əvvəlki və yeni hakimiyyət arasında bu məsələdə heç bir fərq yoxdur?” sualına cavabında isə deyib:

“Koçaryanla Paşinyan arasında fərq var, ancaq mənə elə gəlir ki, fərqli siyasi qüvvələr belə bir təsəvvür var idi ki, Qarabağ təkcə bizim problemimiz deyil və əgər vasitəçilər həll edirlərsə etsinlər, həll etmirlərsə, deməli, yaxşıdır. vaxtımız var. Müharibə olduqda isə qazanacağıq.

Bu cür düşüncə geniş yayılmışdı və bütün siyasətçilər buna görə məsuliyyət daşıyırlar. Bu, siyasi təsəvvür çatışmazlığıdır, nə ilə məşğul olduğunuzu başa düşməməkdir və arzularınızı həqiqətən ehtiyacınız olan və əldə edə biləcəyiniz şeylərdən ayırmağı bacarmamaqdır.

Bu, siyasi mədəniyyət problemidir. Buna görə də “Paşinyan getməlidir” deyənlərdən soruşuram - yerinə kim gələcək?

Siyasi qüvvələrin çoxu hakimiyyət istəyir, məğlubiyyətdən xal yığmaq istəyir, lakin yeni yanaşmalar təklif etmirlər”.

Digər Xəbərlər
Xəbər Lenti