
"Abşeron Lions" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsində növbəti oyununa çıxacaq.
Sportinfo.az xəbər verir ki, Erhan Tokerin baş məşqçisi olduğu kollektiv Bakıda Polşa təmsilçisi "Trefl"lə üz-üzə gələcək.
Qarşılaşma bu gün, saat 19:00-da Bakı İdman Sarayında start götürəcək.
Qrupun digər görüşündə Azərbaycan təmsilçisi "Neftçi" ötən gün Bakıda Estoniyanın "Kalev" komandasını 95:84 hesabı ilə üstələyib.
"Abşeron Lions" ilk qarşılaşmada "Kalev"ə uduzub - 85:93.