“Deyirlər ki, sən səhv etmisən…” - “Neftçi”nin oyununda baş verən hadisəyə REAKSİYA VİDEO

09:40 Hadisə 386
“Deyirlər ki, sən səhv etmisən…” - “Neftçi”nin oyununda baş verən hadisəyə REAKSİYA VİDEO

"Ofsayd deyilsə, xətti niyə göstərmədilər?".

Bu sözlər ATV kanalında yayımlanan "Futbolumuz" verlişinin aparıcısı Ceyhun Rzayevə məxsusdur.

Premyer Liqanın 8-ci turunda keçirilən “Neftçi” - “Araz-Naxçıvan” (2:2) görüşündə problemlər yaşanıb.

İkinci hissəsinin startında VAR sisteminin işləməyəcəyi bildirilib.

Maraqlıdır ki, VAR işləməyəcəyi bildirildikdən 10 dəqiqə sonra “Neftçi”nin kapitanı Emin Mahmudov bərabərlik qolunu vurub.

Laynsman əvvəlcə bayrağını qaldırıb ofsayd qeydə alsa da, referi Fərid Hacıyev VAR-ın təsdiqindən sonra qolu qeydə alıb. Amma epizodların təkrarı göstərilməyib və ofsayd xətti də nümayiş edilməyib.

C.Rzayev bu hadisəyə sərt münasibət bildirib. O, VAR otağında əyləşən hakimlərin verdiyi qərarın şübhələrə yol açdığını söyləyib.

Qeyd edib ki, VAR ətrafında yaranan qeyri-müəyyənlik qolun təmizliyini sual altına alır.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti