
«Karvan» beş turdan sonra Premyer Liqada qol vurdu.
Mikels qardaşlarından Coy Sleyd Sumqayıtda ev sahibinin torunu silkələdi.
Bu, qonaqların meydandan deyə-gülə ayrılmasına səbəb olmadı amma. Fasilədən sonra qapısında üç qol görən «Karvan» böyükhesablı məğlubiyyətin ağırlığı altında stadiondan ayrıldı.
Qeyri-adi baş verməsə, «Karvan» gələn ilin mayında Premyer Liqadan da ayrılacaq. Çempionatda qalmaları möcuzə olacaq məndən ötrü.
Həmin möcüzənin baş verməsi üçün bir çıxış yolları mövcudddur - hazırkı heyətin 90-95 faizini dəyişmək.
Qış fasiləsində kisənin ağzını geniş açmalıdırlar. Bu üç-dörd min dollarlıq legionerlərin bir-ikisi saxlanılmalı, qalanları göndərilməlidir.
Yerlərin sıraları da seyrəldilməlidir.
Gücü verməlidirlər əcnəbilərə. Day keçib, başqa variant varsa, qoy, onu da özləri fikirləşsinlər.
Yayda yığılan kontingent Premyer Liqanın stantlarından çox aşağıdır. Onda transferlərə normal pul xərcləmək istəmədilər, gərək bundan sonra xərcləsinlər.
«Halva-halva» deməklə ağız dada gəlmir, Premyer Liqada qalıcı olmaq istəyən klub babat «tərləməlidir».
ELXAN