
Premyer Liqanın 8-ci turu bəzi məşqçi və futbolçular üçün tamaşa meydanı olacaq.
Dörd nəfər texniki zonada yer almaqdan məhrum olub.
Bunlar “Qəbələ”nin hücumçusu Prins Ovusu, “Zirə”nin yarımmüdafiəçisi Ayron Qomis, “Sabah”ın məşqçisi Custinas Qasiuas və “Neftçi”də Samir Abasovun köməkçisi Vəfadar Quliyevdir.
Adları çəkilənlərin hər biri öncəki turlarda qırmızı vərəqə aldığı üçün həftəsonu keçiriləcək oyunlarda iştirak etməkdən məhrum olub.
Oktyabrın 17-də “Turan Tovuz” – “Qarabağ”, “Şamaxı” – “Kəpəz”, ertəsi “İmişli” – “Qəbələ”, “Sumqayıt” – “Karvan-Yevlax”, oktyabrın 19-da “Sabah” – “Zirə”, “Neftçi” – “Araz-Naxçıvan” görüşləri baş tutacaq.
HƏBİB / SPORTİNFO.AZ