
"Karvan-Yevlax"ın yarımmüdafiəçisi Vadim Abdullayev Premyer Liqanın 8-ci turunda "Sumqayıt"dan aldıqları ağır məğlubiyyət (1:4) haqda Sportinfo.az-a açıqlama verib.
Kapitan yaranmış vəziyyətə qlobal yanaşıb:
"Futbol kollektiv oyundur. Burada hər şey bir-birinə zəncirvari bağlıdır.
Tək meydançada yox, ondan kənarda da olanlar vacibdir. Xırda-xırda problemlər nəticəyə birbaşa təsir edir.
Düşdüyümüz vəziyyətdən çıxmaq lazımdır. Reallıqla barışıb, hamı bir nəfər kimi növbəti görüşlərə hazırlaşmalıdır".
Orta sahə oyunçusu iki fərqli hissəni izləməyimizi isə bu cür əsaslandırıb:
"Açığı, belə sonluğu biz də gözləmirdik. Gedişat bundan xəbər vermirdi.
Ardıcıl verilən penallar qırılma nöqtəsi oldu. Duran toplardan gələn qollar komandanı sındırdı. Əslində oyun olaraq ikinci yarı da pis deyildik".
XANOĞLAN